Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı istintaq təcridxanasına narkotik və psixotrop maddələrin keçirilməsinin qarşısı alınıb.
Pentensiar Xidmətdən Stopnarkotik.az-a verilən xəbərə görə, həbs edilmiş şəxs Nurlan Rəhim oğlu Məmmədliyə anası Telli Ənnağı qızı Məmmədovanın gətirdiyi sovqatdakı şampun qabının içərisində xüsusi üsulla gizlədilmiş bükülülərdə 0,266 qram heroin və 0,060 qram metamfetamin aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.