Bərdə Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun 3 saylı tam orta məktəbində narkomaniya əleyhinə maarifləndirmə tədbiri keçirilib.
Stopnarkotik.az xəbər verir ki, tədbirdə çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Ənvər Həsənov gənclərin narkomaniya və digər mənfi vərdişlərdən uzaq olması üçün belə profilaktik xarakterli görüşlərin mühüm əhəmiyyət kəsb etdiyindən danışıb. Narkomaniyanın yayılmasının qarşısının alınması istiqamətində görülən tədbirlər haqda danışılıb. Mükəmməl təhsilə yiyələnməyin və sağlam həyat yaşamağın labüd olduğu şagirdlərin diqqətinə çatdırılıb.. Sonda maraq doğuran suallar cavablandırılıb.
Stopnarkotik.az