Cəlilabad Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Məmmədrzalı kənd tam orta məktəbində şagirdlərlə "Gəncliyimizi narkomaniyadan qoruyaq!" mövzusunda görüş keçirilib.
Stopnarkotik.az xəbər verir ki, çıxış edən Cəlilabad RPŞ-nin rəis müavini, polis polkovnik-leytenantı Cavid Məmmədov bildirib ki, ölkəmizdə ilk dəfə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər ümummilli lider Heydər Əliyevin 1996-cı il 26 avqust tarixli Fərmanında öz əksini tapıb. Bununla da insanların sağlamlığının, rifahının və mənəvi-əxlaqi dəyərlərinin qorunması, narkomanlığa və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə ümumdövlət vəzifəsi kimi müəyyən edilib. Bu gün də narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı hüquq-mühafizə orqanları, o cümlədən polis əməkdaşları tərəfindən qətiyyətli və barışmaz mübarizə tədbirləri həyata keçirilir.
Görüşdə həmçinin erkən nikahların fəsadlarından, gələcəyin ailə modelinə və ümumilikdə cəmiyyətə vura biləcəyi neqativ təsirlərdən söz açılıb, məktəblilərin müzakirə edilən mövzularla bağlı sualları cavablandırılıb.
Stopnarkotik.az