Ağcabədidə narkomaniya əleyhinə maarifləndirici tədbirlər keçirilib - FOTOLAR

Ağcabədi Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə son bir həftə ərzində rayonun Qaraxanlı və Qaradolaq kənd tam orta məktəblərində, eyni zamanda ətraf kənd məktəblərində təhsil alan şagirdlərin iştirakı ilə narkomaniya əleyhinə maarifləndirmə tədbirləri keçirilib.

Stopnarkotik.az xəbər verir ki, tədbirlərdə RPŞ-nin rəis köməkçisi, polis polkovnik-leytenantı Vüsal Mirzəzadə və digər çıxış edənlər gənclərin narkomaniyadan uzaq olmasının vacibliyi və bunun üçün belə profilaktik xarakterli görüşlərin mühüm əhəmiyyət kəsb etdiyindən danışıblar. Şagirdlərə mükəmməl təhsilə yiyələnməyin üstünlüklərindən bəhs ediblər.
Sonda maraq doğuran suallar cavablandırılıb.

Stopnarkotik.az