Narkotiklə əlaqədar həbs olunmuşdu, yenidən "ilişdi" - SUMQAYITDA ƏMƏLİYYAT

Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbir nəticəsində şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş İlqar Baxşıyev saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Stopnarkotik.az-a verilən məlumata əsasən, ondan 415 qram marixuana aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Stopnarkotik.az