“Narkomaniya və erkən nikahlara yox deyək!” - MƏKTƏBLİLƏRLƏ NÖVBƏTİ GÖRÜŞ KEÇİRİLDİ / FOTOLAR

Antinarkotik təbliğatı çərçivəsində Astara Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə şəhər 3 nömrəli tam orta məktəbdə “Narkomaniya və erkən nikahlara yox deyək!” mövzusunda şagirdlərlə görüş keçirilib. 

Stopnarkotik.az xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları narkomaniyanın zərərli təsirlərini özündən əks etdirən məktəblilərin əl işlərindən ibarət sərgiyə baxış keçiriblər. Çıxış edən Astara RPŞ-nin rəis müavini, polis mayoru Orxan Novruzov əsrin bəlası olan narkomaniyaya qarşı mübarizəni təmin etmək məqsədilə bu cür görüşlərin keçirilməsinin mühüm əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb və sağlam cəmiyyətin formalaşması istiqamətində ən ciddi təhlükələrdən olan narkomaniyanın törətdiyi fəsadlar barədə ətraflı məlumat verib. 

Sonra digər çıxışlar dinlənilib, məktəblilərin sualları cavablandırılıb və müzakirə olunan məsələlərlə bağlı videoçarxlar tədbir iştirakçılarına nümayiş etdirilib.

Stopnarkotik.az