Keçmiş məhbus oğurluqla əlaqədar saxlanıldı, üzərindən heroin çıxdı - ƏMƏLİYYAT

Nizami RPİ 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki marketlərin birində paytaxt sakini M.Əliyevin mobil telefonunu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Emil İsgəndərov saxlanılıb. 

Stopnarkotik.az xəbər verir ki, şəxsi axtarış zamanı ondan heroin aşkar olunaraq götürülüb. 

Faktla bağlı araşdırma aparılır.

Stopnarkotik.az