Bakıda avtomobildən oğurluq edən keçmiş məhkum saxlanıldı - ÜZƏRİNDƏN TİRYƏK ÇIXDI

Bakıda avtomobildən oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Stopnarkotik.az-a verilən xəbərə görə, noyabrın 10-da saat 22 radələrində Nəsimi rayonu ərazisində “Mercedes” markalı avtomobildən 5000 manat pul və mobil telefonun oğurlanması barədə polisə məlumat daxil olub.

Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər soyğunçuluğa görə məhkum olunmuş 33 yaşlı Ceyhun Hüseynov müəyyən olunaraq saxlanılıb. Ondan tiryək aşkar olunaraq götürülüb.

Araşdırma aparılır.