Bakıda axtarışda olan keçmiş məhkum saxlanıldı - ÜZƏRİNDƏN MARİXUANA ÇIXDI

Bakıda keçmiş məhkumdan marixuana götürülüb.

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərlə əlaqəli cinayətdə şübhəli bilindiyinə görə axtarışda olan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İlham Nağıyev saxlanılıb.

Ondan 480 qram marixuana aşkar olunaraq götürülüb.