Oğurluq etdiyi üçün saxlanıldı, üzərində heroin aşkarlandı - SABUNÇUDA ƏMƏLİYYAT

Sabunçu RPİ 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Sabunçu qəsəbəsindəki evlərin birindən pul və qızıl-zinət əşyası oğurlamaqda şübhəli bilinən Ağdaş rayon sakini Sənan Qasımov saxlanılıb.

Daxili İşlər Nazirliyindən (DİN) Stopnarkotik.az-a verilən məlumata görə, ondan heroin aşkar olunaraq götürülüb.

Araşdırmalarla onun qəsəbə ərazisində digər bir evdən pul oğurlaması da müəyyən olunub.

Stopnarkotik.az