“Gənclər narkomaniyaya yox deyir” - BEYLƏQANDA EYNİADLI TƏDBİR KEÇİRİLİB / FOTOLAR

Beyləqan Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə  rayonun 1-ci Şahsevən kənd 1 saylı tam orta məktəbində “Gənclər narkomaniyaya yox deyir” mövzusunda maarifləndirmə tədbiri keçirilib. 

Stopanrkotik.az xəbər verir ki, çıxış edən Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Rüstəm Cəfərov müasir dövrümüzdə çox böyük təhlükə yaradan narkomaniyanın insanlara vurduğu zərbələrdən söz açıb. Həmçinin bu fəlakətlə mübarizə istiqamətində görülən işlər haqqında geniş məlumat verilib.
Digər çıxışçılar da şagirdləri bu bəladan uzaq durmağa, dərslərinə məsuliyyətlə yanaşmağa çağırıblar.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Stopanrkotik.az