Oğurluqda şübhəli bilindiyi üçün saxlanıldı, üzərindən heroin çıxdı - BUNDAN ƏVVƏL DƏ NARKOTİKLƏ ƏLAQƏDAR HƏBSDƏ YATMIŞDI...

Nardaran qəsəbəsindəki evlərin birindən 3100 manat dəyərində velosiped, məişət əşyaları və inşaat materialları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Nəriman Tağıyev saxlanılıb.

Stopnarkotik.az xəbər verir ki, N.Tağıyev Sabunçu RPİ 42-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində ələ keçib.

Şəxsi axtarış zamanı ondan heroin aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Stopnarkotik.az