Narkotikə görə həbs edilmişdi, indi isə... - Bakı metrosunda cinayət törədən keçmiş məhbus ələ keçdi

Noyabrın 20-də metro stansiyasında bir nəfərin cibindən mobil telefonunun oğurlanması barədə Metropolitendə Polis İdarəsinə məlumat daxil olub.

DİN-dən Stopnarkotik.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Samir Almuradov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.