Antinarkotik təbliğatının daha da gücləndirilməsi və genişləndirilməsi məqsədilə polis əməkdaşları tərəfindən təhsil müəssisələrində maarifləndirmə işləri davam etdirilir. Qəbələ şəhər 5 saylı tam orta məktəbdə keçirilən növbəti tədbirdə narkomaniyanın zərərləri ilə bağlı şagirdlərə ətraflı məlumat verilib.
Stopnarkotik.az xəbər verir ki, məktəblilərlə görüşdə çıxış edən rayon polis şöbəsinin əməkdaşları narkotik vasitələrin insan sağlamlığına, cəmiyyətə vurduğu zərərlərdən danışıblar. Ölkəmizdə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan qətiyyətli mübarizə tədbirləri barədə şagirdləri məlumatlandırıblar.
Daha sonra çıxış edənlər də narkotik vasitələrin fəsadlarından, gənclərin bu istiqamətdə maariflənmələrinin əhəmiyyətindən söz açıblar.
Sonda polis əməkdaşları mövzu ilə əlaqəli məktəbliləri maraqlandıran sualları cavablandırıblar.
Stopnarkotik.az