Keçmiş məhbus oğurluqla əlaqədar saxlanıldı, üzərindən heroin çıxdı - ƏMƏLİYYAT

Müxtəlif vaxtlarda Biləcəri qəsəbəsi ərazisində 8 avtomobildən mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Eldəniz Mehrəliyev saxlanılıb.

DİN-dən Stopnarkotik.az-a verilən məlumata əsasən, E.Mehrəliyev Binəqədi RPİ 6-cı Polis Bölməsi əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri tədbir nəticəsində ələ keçirilib.

Üzərinə baxış zamanı ondan heroin aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Stopnarkotik.az