ÖTƏN GÜN NARKOTİKLƏ ƏLAQƏDAR 21 NƏFƏR SAXLANILIB - Rəsmi açıqlama

Noyabrın 23-də ölkə ərazisində qeydə alınan 54, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

DİN-in mətbuat xidmətindən Stopnarkotik.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 123, o cümlədən borclu şəxs qismində axtarışda olan 97 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 21, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 19 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb.

Bundan başqa, polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirlər davam etdirilir

Noyabrın 23-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 ədəd avtomat, 1 tapança, 5 ədəd qumbara, 2 ədəd qumbara alışdırıcısı, 11 patron darağı, 627 ədəd müxtəlif çaplı patron və 15 ədəd müxtəlif markalı ov tüfəngi təhvil götürüblər.

Keçirilən əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 4 ov tüfəngi və 24 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.