Beyləqan Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Eyvazalılar kənd tam orta məktəbində narkomaniya əleyhinə maairfləndirmə tədbiri keçirilib.
Stopnarkotik.az xəbər verir ki, tədbirdə çıxış edən RPŞ-nin rəis müavini, polis polkovnik-leytenantı Mahir Məhərrəmov narkomaniya və onun fəsadları ilə bağlı şagirdlərə geniş məlumat verib. Narkomaniyanın yayılmasının qarşısının alınması məqsədi ilə görülən müvafiq tədbirlər iştirakçıların diqqətinə çatdırılıb.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.
Stopnarkotik.az