Narkotik ticarətinə qarşı mübarizənin “liderləri”! – FEVRALDA SUMQAYIT POLİSİ DAHA AKTİV OLUB / SİYAHI

Stopnarkotik.az-dan tam fərqli layihə!

Dəyərli oxucular!

Stopnarkotik.az saytı 2023-cü ilin ikinci yarısında olduğu kimi, 2024-cü ildə də hər ayın əvvəlində öz fərqli layihəsi ilə görüşünüzə gəlməkdədir.

Artıq sizlərə də məlum olduğu kimi, saytımızın əməkdaşları ay ərzində Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsinə və narkomaniyaya qarşı mübarizə aparan rəsmi qurumların fəaliyyətini yaxından izləyərək, hər ayın yekununda onların “məhsuladarlığı” ilə bağlı müqayisəli təhlil yazısı dərc etməkdədir. Bununla, hər bir qurumun fəaliyyəti ilə əlaqədar geniş bilgilər əldə etməklə yanaşı, ayın “lideri” seçilənləri də tanımış olursunuz.

Əlavə olaraq, hər ayın yekununda bütün dövlət qurumlarının hesabat dövründə gördüyü işlərlə bağlı mətbuatda dərc olunan yazıların statistikasını da sizlərə təqdim etməkdəyik.

Qeyd: Layihə çərçivəsində təkcə qurumlararası rəqabət mühiti yaratmağa çalışmır, o cümlədən, tutaq ki, polis idarələri və rayon polis şöbələrinin narkotik alverinə, narkomaniyaya qarşı apardığı fəaliyyəti də müqayisəli şəkildə təqdim edirik.

Beləliklə, bu dəfə 2024-cü ilin fevral ayının nəticəsi ilə oxucularımızı tanış edirik.

İlk öncə onu qeyd edək ki, Daxili İşlər Nazirliyi (DİN) fevral ayında da narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar mətbuata gündəlik açıqlamalar verməyə davam etdirib. DİN-in rəmi açıqlamasına əsasən, fevral ayında narkotik ticarəti ilə məşğul olan 831 nəfər həbs olunub. Daha ətraflı aşağıdakı linkə daxil olaraq məlumat əldə edə bilərsiniz:

 

Bundan əlavə, fevral ayında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsi, eləcə də Naxçıvan DİN tərəfindən ümumilikdə 5 uğurlu əməliyyat keçirilib ki, bu zaman xeyli miqdarda narkotik vasitə ələ keçirilməklə yanaşı, saxlanılanlar da olub:

2024-cü ilin ilk ayında - yanvarında fəaliyyətsiz olan Dövlət Sərhəd Xidməti (DSX) fevralda “buzu sındıraraq” 4 uğurlu əməliyyata imza atıb. Hansı ki, bu zaman külli miqdarda narkotik vasitə ələ keçirilməklə yanaşı, saxlanılanlar da olub.

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ötən aya nisbətən xeyli aktivlik nümayiş etdirərək, hesabat dövründə 3 dəfə təcridxanaya (ərinə, qohumuna, tanışına və s.) narkotik keçirilməsinin qarşısını almağı bacarıb:

Dövlət Gömrük Komitəsi (DGK) yanvarda olduğu kimi, fevralda da aktivinə 1 “xal” yazdıra bilib:

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası fevral ayında narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı aparılan əməliyyatlar haqda aylıq hesabatını açıqlamaqla, öz işini bitmiş hesab edib:

Ölkə üzrə polis idarə və şöbələrinin fəaliyyətinə gəldikdə, fevral ayında da bir sıra polis idarələri narkotiklərin qanunsuz dövriyyəsinin və narkomaniyanın qarşısının alınması istiqamətində aparılan mübarizəyə böyük dəstək verməyi bacarıblar.

Beləliklə, dəyərli oxucularımızı fevral ayında daha fəal olan polis idarə və şöbələrinin fəaliyyəti ilə daha yaxından tanış edək.

Beləliklə, dəyərli oxucuların diqqətinə çatdıraq ki, fevralda Sumqayıt Şəhər Polis İdarəsi 9 uğurlu əməliyyatla “ayın lideri” seçilməyi bacarıb:

Hesabat ayının “gümüş medalçısı” yenə Suraxanı Rayon Polis İdarəsi olub. Belə ki, Suraxanı polisi fevralda 7 uğurlu əməliyyat keçirərək, külli miqdarda narkotik vasitə aşkarlamaqla yanaşı, çox sayda narkotacirin biləyinə də qandal vurmağı bacarıb:

Quba Rayon Polis Şöbəsi də hesabat ayında böyük fərq çoxluğu ilə digər rayonların idarə və şöbələrindən seçilməyi bacarıb. Belə ki, fevralda “üçüncü yerin” sahibi olan Quba polisləri, buna 5 uğurlu əməliyyat keçirməklə nail olublar:

Nizami Rayon Polis İdarəsi və Şirvan Rayon Polis Şöbəsi də hesabat dövründə 4 uğurlu əməliyyatla narkotiklərin qanunsuz dövriyyəsinə və narkomaniyaya qarşı mübarizəyə öz töhfələrini veriblər:

Ağsu Rayon Polis Şöbəsi Cəlilabad Rayon Polis Şöbəsi də fevralda xeyli aktivlik nümayiş etdirərək, hərəyə 3 uğurlu əməliyyat keçirməklə, seçilməyi bacarıblar:

Abşeron Rayon Polis İdarəsi, Sabunçu Rayon Polis İdarəsi, Nəsimi Rayon Polis İdarəsi, Astara Rayon Polis Şöbəsi, Lerik Rayon Polis Şöbəsi, Yardımlı Rayon Polis Şöbəsi də hesabat dövründə 2 əməliyyat keçirməklə, “biz də varıq” deyiblər:

Binəqədi Rayon Polis İdarəsi, Xətai Rayon Polis İdarəsi, Qaradağ Rayon Polis İdarəsi, Səbail Rayon Polis İdarəsi, Yasamal Rayon Polis İdarəsi, Balakən Rayon Polis Şöbəsi, Bərdə Rayon Polis Şöbəsi, Biləsuvar Rayon Polis Şöbəsi, Gəncə Şəhər Polis İdarəsi, Goranboy Rayon Polis Şöbəsi, Xaçmaz Rayon Polis Şöbəsi, Kürdəmir Rayon Polis Şöbəsi, Qax Rayon Polis Şöbəsi, Qəbələ Rayon Polis Şöbəsi, Masallı Rayon Polis Şöbəsi, Sabirabad Rayon Polis Şöbəsi, Zaqatala Rayon Polis Şöbəsi isə hərəyə 1 əməliyyat keçirməklə, siyahıya öz adlarını yazdıra biliblər:

 

Bundan əlavə, hesabat dövründə təhsil ocaqlarında narkomaniyanın zərərli vərdişləri ilə bağlı maarifləndirici tədbirlər keçirməklə, ümumi mübarizəyə töhfə verən polislərimiz də az olmayıb. Xatırladaq ki, fevral ayında 3 belə tədbir təşkil edən Lerik Rayon Polis Şöbəsi müvafiq sahədə “liderliyi” ələ alıb. Göyçay Rayon Polis Şöbəsi isə 2 tədbir təşkil etməklə “ikinci yerlə” kifayətlənib. Bundan əlavə, Şirvam Rayon Polis Şöbəsi, Ağdaş Rayon Polis Şöbəsi, Ağcabədi Rayon Polis Şöbəsi, Lənkəran Rayon Polis Şöbəsi, Ucar Rayon Polis Şöbəsi, Astara Rayon Polis Şöbəsi və Balakən Rayon Polis Şöbəsi də narkomaniyanın zərərli vərdişləri ilə bağlı hərəyə bir tədbir keçirməklə, maarifçilik işinə dəstək olublar:

 

Hesabat dövrü ərzində narkotiklə əlaqədar ümumilikdə 5 məhkəmə prosesi baş tutub:

SOS! SOS! SOS!

Xəbər verdiyimiz kimi, 2024-cü ilin ilk ayı ərzində təkrar cinayətkarlıq faktları dəfələrlə artmışdı. Yanvarda ümumilikdə 78 fakt qeydə alınmışdı ki, bunun 23-ü narkotiklə, 9-u bilavasitə narkotiklə, qalan 46 fakt isə digərə cinayətlərlə bağlı idi. Fevralda isə ümumilikdə 48 təkrar cinayətkarlıq faktı qeydə alınıb. Bunun 17-si narkotiklə, qalan 31 fakt isə digər cinayə əməlləri ilə bağlıdır.

Ötən yazımızda da qeyd etdiyimiz kimi, əslində, təkrar cinayətkarlıq faktı ilə bağlı yanvar ayının statistikası cəmiyyətdə SOS siqnalı veriləcək dəhşətli nəticə hesab oluna bilər. Bu, ən azı onu deməyə əsas verir ki, hazırda ölkə həbsxanaları heç də məhbusları islah etmir, əksinə, belə demək mümkündürsə, yeni-yeni kriminal ünsürlər yetişdirərək, topluma ixrac edir. Məsələn, yalnız fevral ayı ərzində narkotik satışı ilə bağlı 17 təkrar cinayətkarlıq faktı aşkarlanıbsa və bu saydan daha artıq şəxs qandallanıbsa (bəzi əməliyyat zamanı bir deyil, bir neçə şəxs ələ keçib), bu o deməkdir ki, ölkədə vəziyyət olduqca acınacaqlıdır. Üstəlik, nəzərə alsaq ki, bütün bunlar sadəcə Stopnarkotik.az saytının aşkarladığı faktlardır və əməkdaşlarımızın diqqətindən qaçan, eləcə də mətbuata açıqlanmayan informasiyaların olduğunu da nəzərə alsaq, ölkədə təkrara cinayətkarlıq hallarının həndəsi silsilə ilə artığının şahidi olarıq.

Bu haqda aşağıdakı linkə daxil olaraq, daha ətraflı məlumat əldə edə bilərsiniz:

 

Hesabat ayında narkotiklə əlaqədar cəmi 1 bəraət faktı diqqətimizi zəlb etdi:

Fevralda ölkə üzrə narkotik vasitəninin təsiri altında avtomobil idarə edən 5 sürücü də saxlanılıb ki, bunlar da yol polisinin aktivinə yazılmalı olan hallardır:

Beləliklə, fevral ayının yekun mənzərəsinə əsasən qeyd edə bilərik ki, ölkəmizdə narkomanlığa və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində görüləcək hələ çox işlər var. İnanırıq ki, cari ildə bu bəladan xilas olmaq üçün hər bir vətəndaşımız əlindən gələni əsirgəməyəcək, 44 günlük İkinci Qarabağ Müharibəsində olduğu kimi, yenə də ölkəmizi, gəncliyimizi “narkotik savaşı” ilə məhv etməyə çalışan xarici qüvvələrə qarşı həmrəylik nümayiş etdirəcəyik.

Stopnarkotik.az saytı olaraq hər bir vətəndaşımıza sağlam həyat, sağlam gələcək arzu edirik.

Stopnarkotik.az

P.S. Dəyərli oxucularımızın diqqətinə onu da çatdıraq ki, 2023-cü ilin may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr və dekabr ayları, eləcə də 2024-cü ilin yanvar ayında narkotik ticarətinə qarşı mübarizənin nəticəsi ilə tanış olmaq üçün aşağıdakı linklərə daxil ola bilərsiniz:

https://stopnarkotik.az/az/narkotik-ticartin-v-narkomaniyaya-qarsi-mubariznin-liderlri-may-ayinda-bu-rayonlar-daha-aktiv-olub

https://stopnarkotik.az/az/narkotik-ticartin-qarsi-mubariznin-liderlri-iyunda-abseron-polis-idarsinin-mkdaslari-daha-aktiv

https://stopnarkotik.az/az/narkotik-ticartin-qarsi-mubariznin-liderlri-iyulda-sabirabad-polis-sobsinin-mkdaslari-daha-aktiv

https://stopnarkotik.az/az/ay-rzind-723-narkotacir-hbs-edilib-binqdi-v-smkir-polislri-bu-df-daha-aktiv-olublar-siyahi.html

Narkotik ticarətinə qarşı mübarizənin “liderləri”! – BU DƏFƏ HACIQABUL POLİSİ DAHA AKTİV OLUB... / SİYAHI | Stop narkotik

Narkotik ticarətinə qarşı mübarizənin “liderləri”! – BU DƏFƏ NƏSİMİ VƏ QƏBƏLƏ POLİSLƏRİ DAHA AKTİV OLUB / SİYAHI | Stop narkotik

Narkotik ticarətinə qarşı mübarizənin “liderləri”! – ABŞERON, SABUNÇU VƏ SALYAN POLİSLƏRİ SEÇİLMƏYİ BACARIBLAR / SİYAHI | Stop narkotik

Bir ay ərzində narkotacirlərə qarşı 7 uğurlu əməliyyat! – YANVAR AYININ “LİDERİ” BU POLİS İDARƏSİ OLDU… / SİYAHI | Stop narkotik