Sumqayıtda saxlanılan şəxsdən narkotik və avtomat götürüldü

Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri ilə Ceyhun Qasımov şəhər ərazisində saxlanılıb.

Daxili İşlər Nazirliyindən Stopnarkotik.az-a verilən xəbərə görə, ondan “AKM” markalı avtomat silahı, həmçinin heroin və metadon həbi aşkar olunaraq götürülüb.

Araşdırma aparılır.