Köşkdən oğurluq edən keçmiş məhbus saxlanıldı

Binəqədi rayonu, Dərnəgül qəsəbəsi ərazisində bir köşkdən 1700 manat dəyərində təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş Azad Süleymanov saxlanılıb.

Stopnarkotik.az xəbər verir ki, o, Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə yaxalanlb. 

Faktla bağlı araşdırma aparılır.