“Narkomaniya və erkən nikahlara yox deyək!” - LƏNKƏRANDA MAARİFLƏNDİRİCİ TƏDBİR KEÇİRİLDİ / FOTOLAR

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə “Narkomaniya və erkən nikahlara yox deyək!” mövzusunda şəhər 8 nömrəli tam orta məktəbin şagirdləri ilə maarifləndirici görüş keçirilib. 

Stopnarkotik.az xəbər verir ki, çıxış edən Lənkəran ŞRPŞ-nin rəisi, polis polkovniki Azər Cahangirov ümumbəşəri bəla olan narkomaniyanın fəsadlarından, onun insan həyatında buraxdığı acı izlərdən konkret misallardan nümunə gətirməklə bu bəladan qurtulmaq üçün hər kəsin üzərinə mənəvi məsuliyyət düşdüyünü bildirib. Sağlam gəncliyin və etibarlı gələcəyin qurulması baxımından belə maarifləndirici görüşlərin davamlı şəkildə təşkilinin zəruriliyindən danışıb. Narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində hüquq-mühafizə orqanlarının həyata keçirdiyi qətiyyətli tədbirlərlə bağlı görüş iştirakçılarına məlumat verilib. 

Sonra müzakirə olunan mövzular ətrafında digər çıxışlar dinlənilib və şagirdlərin sualları cavablandırılıb.

Stopnarkotik.az