Daxili İşlər Nazirliyi (DİN) Kikboksinq Federasiyasının vitse-prezidenti “Lord” ləqəbli Ramal Aslanovun evindən baş verən oğurluq hadisəsi ilə bağlı açıqlama verib.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov Stopnarkotik.az-a bildirib ki, oğurluq əməlini törətməkdə şübhəli bilinən 1971-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Hafiz Qocayev polis əməkdaşları tərəfindən saxlanılıb:
“Faktla bağlı araşdırmalar davam etdirilir”.
Qeyd edək ki, onun Zığ qəsəbəsində yerləşən evindən 6 min manat dəyərində olan qızıl-zinət əşyaları və 40 min manat dəyərində olan bahalı qol saatı oğurlanıb.