Şəmkirdə "Prado"da meyit tapıldı

Şəmkirdə avtomobildə kişi meyiti tapılıb.

Stopnarkotik.az oxu.az-a istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Gəncə şəhər sakini, 1983-cü il təvəllüdlü Nicat Telman oğlu Əsədovun cansız bədəni idarə etdiyi "Toyota Prado" markalı maşında aşkarlanıb.

İlkin ehtimala görə, sürücü avtomobili idarə edərkən sükan arxasında infarkt keçirib və dünyasını dəyişib.