Bir ay ərzində narkotacirlərə qarşı 7 uğurlu əməliyyat! – YANVAR AYININ “LİDERİ” BU POLİS İDARƏSİ OLDU… / SİYAHI

Stopnarkotik.az-dan tam fərqli layihə!

Dəyərli oxucular!

Stopnarkotik.az saytı 2023-cü ilin ikinci yarısında olduğu kimi, 2024-cü ildə də hər ayın əvvəlində öz fərqli layihəsi ilə görüşünüzə gəlməkdədir.

Artıq sizlərə də məlum olduğu kimi, saytımızın əməkdaşları ay ərzində Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsinə və narkomaniyaya qarşı mübarizə aparan rəsmi qurumların fəaliyyətini yaxından izləyərək, hər ayın yekununda onların “məhsuldarlığı” ilə bağlı müqayisəli təhlil yazısı dərc etməkdədir. Bununla, hər bir qurumun fəaliyyəti ilə əlaqədar geniş bilgilər əldə etməklə yanaşı, ayın “lideri” seçilənləri də tanımış olursunuz.

Əlavə olaraq, hər ayın yekununda bütün dövlət qurumlarının hesabat dövründə gördüyü işlərlə bağlı mətbuatda dərc olunan yazıların statistikasını da sizlərə təqdim etməkdəyik.

Qeyd: Layihə çərçivəsində təkcə qurumlararası rəqabət mühiti yaratmağa çalışmır, o cümlədən, tutaq ki, polis idarələri və rayon polis şöbələrinin narkotik alverinə, narkomaniyaya qarşı apardığı fəaliyyəti də müqayisəli şəkildə təqdim edirik.

Beləliklə, bu dəfə 2024-cü ilin ilk ayının – yanvarın nəticəsi ilə oxucularımızı tanış edirik.

İlk öncə onu qeyd edək ki, Daxili İşlər Nazirliyi (DİN) ötən 2 ay ərzində olduğu kimi, yanvar ayında da narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar mətbuata gündəlik açıqlamalar verməyə davam edib. Üstəlik, əvvəlki aylara nisbətən hesabat dövründə ölkədə narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar həbs olunan şəxslərin sayı təxminən 3 dəfə artıb. Hansı ki, DİN-in rəmi açıqlamasına əsasən, noyabrda cəmi 460 nəfər, dekabrda isə 466 nəfər saxlanılmışdı. Yanvar ayında isə narkotik ticarəti ilə məşğul olan 1012 nəfər həbs olunub. Daha ətraflı aşağıdakı linkə daxil olaraq məlumat əldə edə bilərsiniz:

 

Bundan əlavə, dekabr ayında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən 2, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsi əməkdaşları tərəfindən isə 1 uğurlu əməliyyat keçirilib ki, bu zaman xeyli miqdarda narkotik vasitə ələ keçirilməklə yanaşı, saxlanılanlar da olub:

Yanvar ayında Daxili İşlər Nazirliyi ilə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin birgə əməliyyatı da baş tutub ki, bu da ümumi mübarizəyə töhfə verən mühüm amildir:

2023-cü ilin son ayında 5 fakt üzrə mediada özündən bəhs etdirən Dövlət Sərhəd Xidməti (DSX) bu ilin yanvarında fəaliyyətsiz olub. Belə görünür ki, ya ötən ay İranda (bəzi məlumatlara əsasən, Azərbaycana narkotik vasitələrin 95 faizi İrandan daxil olur) “narkotik qıtlığı” yarandığından, ölkəmizə “ağ ölüm” daşınmasında fasilə yaranıb, ya da DSX daxil olan narkotik vasitələrin qarşısını almağı bacarmayıb. Əks halda, dekabrda ölkəmizə narkotik daxil olmasının qarşısı 5 dəfə alınmasına rəğmən, yanvarda narkotik alverçilərinin özlərinə “istirahət” verdiyini düşünmək sadəlövhlük olar.

Bununla belə, DSX yanvar ayında 2023-ci ilin dekabr ayı ilə bağlı hesabatını açıqlayıb ki, bu zaman da külli miqdarda narkotik aşkarlanmaqla yanaşı, çox sayda insanın həbs olunduğu da bildirilir:

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ötən ayların passivliyini hesabat dövründə yenə də üzərindən ata bilməyib. Belə ki, qurum ötən ilin dekabrında 2 dəfə təcridxanaya (ərinə, qohumuna, tanışına və s.) narkotik keçirilməsinin qarşısını almağı bacarsa da, hesabat ayında cəmi 1 fakt üzrə seçilə bilib:

Dövlət Gömrük Komitəsi (DGK) dekabrda “susqunluq nümayiş etdirsə də”, hesabat ayı ərzində aktivinə 1 “xal” yazdıra bilib:

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yanvarda öz ənənəsinə “xilaf çıxaraq”, narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı aparılan əməliyyatlar haqda hesabatını açıqlamağı lazım bilməyib. Halbuki, ötən ilin noyabr ayında 1, dekabrda isə 2 dəfə mətbuata açıqlama verilmişdi.

Ölkə üzrə polis idarə və şöbələrinin fəaliyyətinə gəldikdə, bir daha qeyd edək ki, bəzi idarə və şöbələr yenə də “fil qulağında yatsalar da”, yanvar ayında ciddi aktivlik göstərərək, mübarizəyə böyük dəstək olan polis idarələrinin sayı heç də az olmayıb.

Beləliklə, dəyərli oxucularımızı yanvar ayında narkotiklərin qanunsuz dövriyyəsinə və narkomaniyaya qarşı mübarizədə daha fəal olan polis idarə və şöbələrinin fəaliyyəti ilə daha yaxından tanış edək.

Öncə xatırladaq ki, noyabrda Sabunçu Rayon Polis İdarəsi və Salyan Rayon Polis Şöbəsi hər biri 3 uğurlu əməliyyat keçirməklə “ayın liderləri” seçilmişdilər. Dekabrda isə Abşeron Rayon Polis İdarəsinin əməkdaşları 4 uğurlu əməliyyata imza atmaqla, mediada özlərindən bəhs etdirməyi bacarmışdılar.

Abşeron Rayon Polis İdarəsi yanvar ayında növbəti dəfə öz rekordunun təzələməklə yanaşı, “öz rəqiblərindən” böyük fərqlə önə keçməyi bacarıb. Belə ki, hesabat dövründə Abşeron polisi 7 uğurlu əməliyyat keçirərək, külli miqdarda narkotik vasitə aşkarlamaqla yanaşı, çox sayda narkotacirin biləyinə də qandal vurmağı bacarıb:

Suraxanı Rayon Polis İdarəsi də yanvar ayında böyük fərq çoxluğu ilə digər rayonların idarə və şöbələrindən seçilməyi bacarıb. Belə ki, “liderdən” cəmi 1 “xal” fərqi ilə geridə qalan Suraxanı polisləri hesabat dövründə 6 uğurlu əməliyyatla ikinci yerin sahibi olublar:

Yanvar ayında “bürünc medal”ın sahibləri isə 4 uğurlu əməliyyatla Sumqayıt Şəhər Polis İdarəsi, Yasamal Rayon Polis İdarəsi və Şirvan Rayon Polis Şöbəsi olub:

Ağsu Rayon Polis Şöbəsi, Biləsuvar Rayon Polis Şöbəsi, Qəbələ Rayon Polis Şöbəsi, Masallı Rayon Polis Şöbəsi, Nizami Rayon Polis İdarəsi, Sabirabad Rayon Polis Şöbəsi, Sabunçu Rayon Polis İdarəsi də 3 əməliyyatla narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə öz töhfələrini veriblər:

 

Ağcabədi Rayon Polis Şöbəsi, Ağdaş Rayon Polis Şöbəsi, Binəqədi Rayon Polis İdarəsi, Xətai Rayon Polis İdarəsi, Xəzər Rayon Polis İdarəsi, Xızı Rayon Polis Şöbəsi isə 2 əməliyyatla həmkarlarından seçilməyi bacarıblar:

Astara Rayon Polis Şöbəsi, Balakən Rayon Polis Şöbəsi, Beyləqan Rayon Polis Şöbəsi, Cəbrayıl Rayon Polis Şöbəsi, Cəlilabad Rayon Polis Şöbəsi, Gəncə Şəhər Polis İdarəsi, Göyçay Rayon Polis Şöbəsi, Hacıqabul Rayon Polis Şöbəsi, İmişli Rayon Polis Şöbəsi, Kürdəmir Rayon Polis Şöbəsi, Qaradağ Rayon Polis İdarəsi, Qazax Rayon Polis Şöbəsi, Quba Rayon Polis Şöbəsi, Qusar Rayon Polis Şöbəsi, Lerik Rayon Polis Şöbəsi, Lənkəran Rayon Polis Şöbəsi, Neftçala Rayon Polis Şöbəsi, Nərimanov Rayon Polis İdarəsi, Oğuz Rayon Polis Şöbəsi, Salyan Rayon Polis Şöbəsi, Samux Rayon Polis Şöbəsi, Şabran Rayon Polis Şöbəsi, Şəmkir Rayon Polis Şöbəsi, Yevlax Rayon Polis Şöbəsi, Zaqatala Rayon Polis Şöbəsi isə hərəyə 1 əməliyyat keçirməklə, siyahıya öz adlarını yazdıra biliblər:

 

Bundan əlavə, hesabat dövründə təhsil ocaqlarında narkomaniyanın zərərli vərdişləri ilə bağlı maarifləndirici tədbirlər keçirməklə, ümumi mübarizəyə töhfə verən polislərimiz də az olmayıb. Xatırladaq ki, noyabr ayında 4 belə tədbir təşkil edən Şirvan Rayon Polis Şöbəsi, dekabrda isə eyni sayda toplantı ilə Cəlilabad Rayon Polis Şöbəsi hesabat dövrünün öncülləri siyahısında yer almışdılar. Cari ilin ilk ayında isə 3 tədbir təşkil edən Quba Rayon Polis Şöbəsi “liderlik” kürsüsünə yiyələnməyi bacarıb:

Oğuz Rayon Polis Şöbəsi, Balakən Rayon Polis Şöbəsi, Ağcabədi Rayon Polis Şöbəsi, Saatlı Rayon Polis Şöbəsi, Şabran Rayon Polis Şöbəsi, Cəlilabad Rayon Polis Şöbəsi də narkomaniyanın zərərli vərdişləri ilə bağlı hərəyə bir tədbir keçirməklə, maarifçilik işinə dəstək olublar:

Hesabat dövrü ərzində narkotiklə əlaqədar ümumilikdə 4 məhkəmə prosesi baş tutub:

SOS! SOS! SOS!

2024-cü ilin ilk ayı ərzində təkrar cinayətkarlıq hallarının dəfələrlə artdığı da diqqətimizi cəlb etdi. Məlumat üçün qeyd edək ki, ötən ilin noyabrında narkotiklə əlaqədar toplam 12, dekabrda isə 9 təkrar cinayətkarlıq faktı baş versə də, yanvarda ümumilikdə 78 fakt qeydə alınıb, bunun da 23-ü narkotiklə, 9-u bilavasitə narkotiklə, qalan 46 fakt isə digər cinayətlərlə bağlıdır.

Əslində, təkrar cinayətkarlıq faktı ilə bağlı yanvar ayının statistikası cəmiyyətdə SOS siqnalı veriləcək dəhşətli nəticə hesab oluna bilər. Bu, ən azı onu deməyə əsas verir ki, hazırda ölkə həbsxanaları heç də məhbusları islah etmir, əksinə, belə demək mümkündürsə, yeni-yeni kriminal ünsürlər yetişdirərək, topluma ixrac edir. Məsələn, yalnız 1 ay ərzində narkotik satışı ilə bağlı 23 təkrar cinayətkarlıq faktı aşkarlanıbsa və bu saydan daha artıq şəxs qandallanıbsa (bəzi əməliyyat zamanı bir deyil, bir neçə şəxs ələ keçib), bu o deməkdir ki, ölkədə vəziyyət olduqca acınacaqlıdır. Üstəlik, nəzərə alsaq ki, bütün bunlar sadəcə Stopnarkotik.az saytının aşkarladığı faktlardır və əməkdaşlarımızın diqqətindən qaçan, eləcə də mətbuata açıqlanmayan informasiyaların olduğunu da nəzərə alsaq, ölkədə təkrar cinayətkarlıq hallarının həndəsi silsilə ilə artığının şahidi olarıq.

Bu haqda aşağıdakı linkə daxil olaraq, daha ətraflı məlumat əldə edə bilərsiniz:

 

BƏRAƏT

Hesabat ayında bəraət faktı ilə bağlı daha bir hadisə diqqətimizi cəlb etdi. Hansı ki, narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilsə də, məhkəmədən bəraət alan şəxslər barəsində prokurorun apellyasiya protestinə baxıldı və onlar 8 il və 9 il müddətinə azadlıqdan məhrum edildilər:

Yanvar ayında ölkə üzrə narkotik vasitəninin təsiri altında avtomobil idarə edən 7 sürücü də saxlanılıb ki, bunlar da yol polisinin aktivinə yazılmalı olan hallardır: 

Yanvar ayının yekun mənzərəsinə əsasən qeyd edə bilərik ki, ölkəmizdə narkomanlığa və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində görüləcək hələ çox işlər var. İnanırıq ki, cari ildə bu bəladan xilas olmaq üçün hər bir vətəndaşımız əlindən gələni əsirgəməyəcək, 44 günlük İkinci Qarabağ Müharibəsində olduğu kimi, yenə də ölkəmizi, gəncliyimizi “narkotik savaşı” ilə məhv etməyə çalışan xarici qüvvələrə qarşı həmrəylik nümayiş etdirəcəyik.

Stopnarkotik.az saytı olaraq hər bir vətəndaşımıza sağlam həyat, sağlam gələcək arzu edirik.

Stopnarkotik.az

P.S. Dəyərli oxucularımızın diqqətinə onu da çatdıraq ki, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr və dekabr aylarında narkotik ticarətinə qarşı mübarizənin nəticəsi ilə tanış olmaq üçün aşağıdakı linklərə daxil ola bilərsiniz:

https://stopnarkotik.az/az/narkotik-ticartin-v-narkomaniyaya-qarsi-mubariznin-liderlri-may-ayinda-bu-rayonlar-daha-aktiv-olub

https://stopnarkotik.az/az/narkotik-ticartin-qarsi-mubariznin-liderlri-iyunda-abseron-polis-idarsinin-mkdaslari-daha-aktiv

https://stopnarkotik.az/az/narkotik-ticartin-qarsi-mubariznin-liderlri-iyulda-sabirabad-polis-sobsinin-mkdaslari-daha-aktiv

https://stopnarkotik.az/az/ay-rzind-723-narkotacir-hbs-edilib-binqdi-v-smkir-polislri-bu-df-daha-aktiv-olublar-siyahi.html

Narkotik ticarətinə qarşı mübarizənin “liderləri”! – BU DƏFƏ HACIQABUL POLİSİ DAHA AKTİV OLUB... / SİYAHI | Stop narkotik

Narkotik ticarətinə qarşı mübarizənin “liderləri”! – BU DƏFƏ NƏSİMİ VƏ QƏBƏLƏ POLİSLƏRİ DAHA AKTİV OLUB / SİYAHI | Stop narkotik

Narkotik ticarətinə qarşı mübarizənin “liderləri”! – ABŞERON, SABUNÇU VƏ SALYAN POLİSLƏRİ SEÇİLMƏYİ BACARIBLAR / SİYAHI | Stop narkotik