Masallı sakini Bakıda külli miqdarda narkotiklə saxlanıldı - 2 KİLOQRAM HEROİN, 350 QRAM "PATI"...

Masallı rayon sakini Fədakar Mürşüdov Xəzər rayonunda saxlanılıb.

Stopnarkotik.az xəbər verir ki, F.Mürşüdov Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri ilə ələ keçib.

Ondan 2 kiloqram heroin və 350 qram metamfetamin aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Stopnarkotik.az