Stopnarkotik.az-dan tam fərqli layihə!
Dəyərli oxucular!
Stopnarkotik.az saytı hər ayın əvvəlində yeni və tam fərqli layihə ilə görüşünüzə gəlməkdədir.
Belə ki, saytımızın əməkdaşları ay ərzində Azərbaycanda narkotik ticarətinə və narkomaniyaya qarşı mübarizə aparan rəsmi qurumların fəaliyyətini yaxından izləyərək, hər ayın yekununda onların “məhsuladarlığı” ilə bağlı müqayisəli təhlil yazısı dərc etməkdədir. Bununla, hər bir qurumun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, ayın “lideri” olanları da tanımış olursunuz.
Əlavə olaraq, hər ayın yekununda bütün dövlət qurumlarının hesabat dövründə gördüyü işlərlə bağlı mətbuatda dərc olunan yazıların statistikasını da sizlərə təqdim etməkdəyik.
Qeyd: Layihə çərçivəsində təkcə qurumlararası rəqabət mühiti yaratmağa çalışmır, o cümlədən, tutaq ki, polis idarələri və rayon polis şöbələrinin narkotik alverinə, narkomaniyaya qarşı apardığı fəaliyyət də müqayisəli şəkildə təhlil edirik.
Beləliklə, bu dəfə 2023-cü ilin oktyabr ayının nəticəsi ilə oxucularımızı tanış edirik.
İlk öncə onu qeyd edək ki, ötən ay olduğu kimi, oktyabrda da Daxili İşlər Nazirliyi (DİN) narkotik alverçilərinin həbsi ilə bağlı ənənəvi gündəlik açıqlamasına müəyyən qədər ara verib. Belə ki, hesabat ayı ərzində cəmi 4 günlük statistika açıqlanıb ki, bu da toplamda 100 nəfərin həbs olunduğunu göstərir. Daha ətraflı aşağıdakı linkə daxil olaraq məlumat əldə edə bilərsiniz:
Lakin onu qeyd edə bilərik ki, DİN sentyabr ayına nisbətən, oktyabrda xeyli aktivlik nümayiş etdirib. Hansı ki, narkotiklərin qanunsuz dövriyyəsinə və narkomaniyaya qarşı mübarizə çərçivəsində 8 uğurlu əməliyyat keçirilib ki, bununla da ötən ayın passivliyini üzərindən ata bilib:
Bundan əlavə, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi də bu ay 3 əməliyyatla digər qurumlardan fərqlənməyi bacarıb:
Ötən aylarda passiv mövqe ortaya qoyan Dövlət Sərhəd Xidməti (DSX) də oktyabrda ciddi irəliləyiş əldə edib. Belə ki, DSX hesabat ayı ərzində 6 fakt üzrə İrandan ölkəmizə daxil olan narkotikin qarşısını almağı bacarıb:
Ədliyyə Nazirliyinin Penitensiar Xidməti sentyabrda tamamilə fəaliyyətsiz olsa da, oktyabrda 2 dəfə təcridxanaya (ərinə, qohumuna, tanışına və s.) narkotik keçirilməsinin qarşısını almaqla “çulunu sudan quru çıxara” bilib:
Eynilə, ötən ay mediada özündən bəhs etdirə bilməyən Dövlət Gömrük Komitəsi (DGK) də hesabat dövründə 1 fakt üzrə “buzları əridib”:
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası da ötən aylarda olduğu kimi, oktyabrda narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı aparılan əməliyyatlar haqda ənənəvi hesabatını açıqlamaqla kifayətlənib. Hansı ki, qurumun hesabatında külli miqdarda narktik maddənin dövriyyədən çıxarılması, narkotiklərin qanunsuz dövriyyəsinə görə cinayət məsuliyyətinə cəlb olunanların siyahısı və s. açıqlanıb:
Təəssüflə qeyd etməliyik ki, sentyabrda olduğu kimi, oktyabr ayı ərzində də əksər rayonların polis idarə və şöbələri narkotiklərin qanunsuz dövriyyəsinə və narkomaniyaya qarşı mübarizəyə heç bir töhfə verə bilməyiblər. Ümumlikdə isə, hesabat ayında “liderliyi” Nəsimi Rayon Polis İdarəsi və Qəbələ Rayon Polis Şöbəsi öz üzərinə götürüb. Yəni sentyabrda Nəsimi və Qəbələ polisləri ayrı-ayrılıqda 3 uğurlu əməliyyat keçiriblər ki, bunların hər birində xeyli miqdarda narkotik maddə ələ keçirilməklə yanaşı, çox sayda narkotacir də saxlanılıb:
Ötən ayın qalibi olan Hacıqabul Polis Şöbəsi oktyabrda narkotacirlərə qarşı 1 əməliyyatla yanaşı, narkotiklərin zərərli vərdişləri ilə bağlı orta məktəblərdə 2 tədbir keçirməklə, bu ay da fərqlənə bilib:
Gəncə Şəhər Polis İdarəsi, Yasamal Rayon Polis İdarəsi və Göyçay Rayon Polis Şöbəsi də hesabat ayında hərəsinə 2 uğurlu əməliyyat keçirməklə, narkotiklərin qanunsuz dövriyyəsinə və narkomaniyaya qarşı mübarizəyə töhfə verməyi bacarıblar. O cümlədən, Ağcabadə Rayon Polis Şöbəsi də narkotik alverçilərinə qarşı 1 əməliyyat və 3 maarifləndirici tədbir keçirməklə, ayın öncülləri siyahısında yer ala bilib.
Abşeron Rayon Polis İdarəsi, Ağsu Rayon Polis Şöbəsi, Binəqədi Rayon Polis İdarəsi, Goranboy Rayon Polis Şöbəsi, Xaçmaz Rayon Polis Şöbəsi, Xəzər Rayon Polis İdarəsi, Xocalı Rayon Polis Şöbəsi, İsmayıllı Rayon Polis Şöbəsi, Sabirabad Rayon Polis Şöbəsi, Sabunçu Rayon Polis Şöbəsi, Şəmkir Rayon Polis İdarəsi, Şirvan Rayon Polis Şöbəsi, Sumqayıt Şəhər Polis İdarəsi, Suraxanı Rayon Polis İdarəsi, Tovuz rayon Polis Şöbəsi və Masallı Rayon Polis Şöbəsi və Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşları da, hər biri 1 fakt üzrə “fil qulağında yatan” həmkarlarından fərqlənə biliblər.
Bundan əlavə, Astara Rayon Polis Şöbəsi, Biləsuvar Rayon Polis Şöbəsi, Cəlilabad Rayon Polis Şöbəsi, Daşkəsən Rayon Polis Şöbəsi, Quba Rayon Polis Şöbəsi, Lənkəran Rayon Polis Şöbəsi, Lerik Rayon Polis Şöbəsi, Masallı Rayon Polis İdarəsi, Mingəçevir Şəhər Polis İdarəsi, Zəngilan Rayon Polis Şöbəsi və Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları ay ərzində 1 dəfə orta məktəblərdə maarifləndirici tədbir keçirməklə, yeniyetmə və gənclərimizi zərərli vərdişlərdən uzaq tutmağa çalışıblar.
Oktyabr ayı ərzində narkotiklə əlaqədar 11 məhkəmə prosesi də baş tutub ki, bunlardan 6 iş üzrə həbs qərarı, 5 iş üzrə bəraət hökmü çıxarılıb:
Hesabat ayın ərzində təkrar cinayətkarlıq hallarının artdığı da diqqətimizi cəlb edib ki, bunlardan da narkotiklə bilavasitə bağlı olan 5 faktı təqdim edə bilərik:
Oktyabrda narkotiklə əlaqədar olan 1 ölüm faktı da diqqətimizdən qaçmayıb:
Beləliklə, oktyabr ayı ərzində ölkəmizdə narkomanlığa və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin nisbət aktiv fazaya keçdiyini qeyd edə bilərik.
Stopnarkotik.az
P.S. Dəyərli oxucularımızın diqqətinə onu da çatdıraq ki, may, iyun, iyul, avqust və sentyabr aylarında narkotik ticarətinə qarşı mübarizənin nəticəsi ilə tanış olmaq üçün aşağıdakı linklərə daxil ola bilərsiniz: