Narkotik vasitələrin zərərləri barədə yeniyetmə və gəncləri məlumatlandırmaq, onlar arasında sağlam həyat tərzini təbliğ etmək məqsədilə Mingəçevir Şəhər Polis Şöbəsinin təşkilatçılığı ilə 13 saylı orta məktəbdə maarifləndirmə tədbiri keçirilib.
Stopnarkotik.az xəbər verir ki, şəhər polis şöbəsinin rəisi, polis polkovniki Ədalət Əliyev tədbirdə çıxış edərək “ağ ölüm”ün cəmiyyətdə yaratdığı fəsadlar, insanların sağlamlığına vurduğu zərərlər barədə ətraflı məlumat verib, gənc nəslin sağlam böyüməsində ən vacib amillərdən birinin də narkomaniya ilə mübarizə və onun profilaktikası olduğunu diqqətə çatdırıb.
Daha sonra çıxış edənlər də ölkəmizdə narkomaniyaya qarşı aparılan mübarizədən söz açıb və məktəbliləri maraqlandıran sualları cavablandırıblar.
Stopnarkotik.az