Bu il narkotiklə bağlı 64 xarici vətəndaş saxlanılıb

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 6483 nəfər cəlb edilib.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu məlumat yayıb.

Həmin şəxslərdən 6329-u kişi, 154-ü qadındır.

Bildirilib ki, cinayət məsuliyyətinə cəlb edilən şəxslərdən 64 nəfəri xarici ölkə vətəndaşlarıdır.