Qazaxıstan Respublikasının Daxili İşlər Nazirliyi müasir İT texnologiyalarından istifadə etməklə vətəndaşların narkotik cinayət fəaliyyətinə cəlb edilməsinin qarşısını almaq məqsədilə genişmiqyaslı xüsusi əməliyyat keçirib.
Stopnarkotik.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Araşdırmalar zamanı məlum olub ki, cinayətkar şəbəkənin təşkilatçıları ölkə xaricində yerləşərək internet resursları, messencerlər və sosial şəbəkələr vasitəsilə “yüksək maaşlı iş” elanları yayıblar.
Vətəndaşlar qanuni məşğulluq adı altında faktiki olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində iştirak üçün cəlb ediliblər.
Birgə əməliyyat nəticəsində ölkənin 11 regionunda 40 nəfər saxlanılıb. Narkotik vasitələrin gizli yerləşdirilməsi ilə məşğul olan 11 nəfər həbs olunub. Daha 9 nəfər isə narkotik vasitələrdən istifadə etdiklərinə görə inzibati məsuliyyətə cəlb edilərək 10 gün həbs cəzası alıb.