NARKOTİKLƏ ƏLAQƏDAR 26 NƏFƏR SAXLANILDI - 24 nəfərdə silah-sursat aşkarlandı

Martın 17-də ölkə ərazisində qeydə alınan 42, əvvəlki dövrlərdən bağlı qalan 35 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   

DİN-in Mətbuat Xidmətindən Stopnarkotik.az-a bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 178, o cümlədən borclu şəxs qismində axtarışda olan 136 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.      

Narkotiklərlə əlaqəli 26, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 24 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb.