“Zərərli vərdişlər və narkomaniyaya yox deyək” - GÖYÇAYDA MƏKTƏBLİLƏRLƏ GÖRÜŞ KEÇİRİLİB / FOTOLAR

Narkomaniya və onun fəsadlarının qarşısının alınması, yeniyetmə və gənclərin “ağ ölüm”ün zərərləri barədə məlumatlandırılması istiqamətində Göyçay  Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Bığır kənd  3 saylı tam orta məktəbdə maarifləndirmə tədbiri keçirilib. 
Stopnarkotik.az xəbər verir ki, RPŞ-nin rəisi, polis polkovniki Müqalib Abdıyev çıxışında narkotik vasitələrin və psixotrop maddələrin cəmiyyət, insan sağlamlığı üçün yaratdığı problemlərdən, səbəb olduğu faciələrdən danışıb. Bu bəla ilə mübarizədə həyata keçirilən  maarifləndirmə işlərinin böyük əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb. Daha sonra diskussiya şəklində davam edən tədbirdə suallar cavablandırılıb, məktəblilərin mövzu ilə bağlı fikirləri dinlənilib.

Stopnarkotik.az