Hacıqabul Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə 10 saylı tam orta məktəbdə yuxarı sinif şagirdlərinin iştirakı ilə “Narkomaniyaya və erkən nikaha yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib.
Stopnarkotik.az xəbər verir ki, görüşdə çıxış edən RPŞ-nin rəisi, polis polkovnik-leytenantı Anar Xəlilov, eləcə də digər iştirakçılar narkotiklərin qanunsuz dövriyyəsinin cəmiyyətə və insanların sağlamlığına vurduğu zərərlərdən danışıblar.
Stopnarkotik.az