Külli miqdarda narkotikə görə tutulan şəxsə bəraət verildi - 1 İL 5 AYDAN SONRA

Külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsi və qaçaqmalçılıqda təqsirləndirilən şəxsə bəraət verilib.

Stopnarkotik.az xəbər verir ki, bu barədə vəkil Adəm Məmmədov məlumat yayıb.

Vəkil qeyd edib ki, bu gün Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Səfərlinin sədriliyi ilə keçirilən prosesdə məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 206.3.2 (külli miqdarda narkotik vasitənin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçamaqçılıq yolu ilə ölkə sərhəddindən keçirilməsi), 234.4.1 və 234.4.3-cü maddələrinə (külli miqdarda narkotik vasitənin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə daşınması) əsasən ittiham olunan Süleyman Əliyoldaşov barəsində bəraət hökmü çıxarılıb.

Taksi sürücüsü olan Süleyman Əliyoldaşov 1 il 5 ay həbsdə olub.