“Xocalıda aşkarlanan çətənə kolu sativa növüdür və dünya bazarında daha çox alınır”.
Bunu Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Elşad Hacıyev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, antiterror tədbirləri keçirilənə və ondan əvvəlki vaxta qədər Xocalıda 100 hektardan çox ərazidə aşkarlanan kultivasiya üsulu ilə əkilmiş çətənə plantasiyasına ciddi şəkildə qulluq edilib: “Mütəxəssislər hesab edirlər ki, həmin bu natkotik vasitə yəni, çətənə kolu sativa növüdür. Bu sativa növü dünya bazarında daha çox alınan və təlabata ehtiyacı olan növdür. Qara bazarda bunun qiyməti, Azərbaycan qiymətləri ilə müqayisədə marixauana formasında qurudulmuş çəkisinin 1 kq 8-10 min manat arasında dəyişir”.
***15:02
“Xocalıda narkotik plantasiyasının aşkarlanması onu deməyə əsas verir ki, 30 il ərzində harada ki, narkotik vasitələrin kultivasiya yolu ilə əkilib-becərilməsi mümkündür, orada bu işlər geniş səviyyədə təşkil olunub”.
Stopnarkotik.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi Elşad Hacıyev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, antiterror tədbirləri ilə tamamilə Azərbaycan Ordusunun nəzarətinə götürülmüş ərazilərdə keçirilən tədbirlər nəticəsində bir çox yerlərdə, eləcə də Xocalı rayonu ərazisində 100 hektardan artıq narkotik plantasiyası aşkarlanıb: “Bu plantasiyanın forması, məzmunu və burada aparılan mütəxəssis araşdırmaları onu deməyə əsas verir ki, bütün bu ərazilərdə çətənə bitkisinin kultivasiya yolu ilə əkilib-becərilməsi işi geniş təşkil olunub. Bununla bağlı Azərbaycan tərəfi dəfələrlə beynəlxalq təşkilatlar qarşısında, ayrı-ayrı tədbirlərdə məsələ qaldırıb. Erməni hakimiyyəti isə bunun ehtimal olduğunu irəli sürür, ehtimal hesab edirdi”.
***14:05
Xocalıda narkotik plantasiyası aşkarlanıb.
Stopnarkotik.az xəbər verir ki, 100 hektarlıq ərazidə kultivasiya üsulu ilə əkilmiş çətənə plantasiyası aşkarlanıb.
Hazırda Daxili İşlər Nazirliyinin əməkdaşları narkoplantasiyanın aşkarlandığı ərazidədir.