İrandan Azərbaycana külli miqdarda narkotik keçirmək istədilər - FOTO

Oktyabrın 14-də saat 00:45-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Yardımlı rayonu Abdinli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində külli miqdarda narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.

Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 23 kiloqram 962 qram narkotik vasitə (16 kq 704 qr marixuana, 4 kq 610 qr tiryək, 0.306 kq metamfetamin və 1590 ədəd Metadon M-40 psixotrop tərkibli həb) aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

"