Antinarkotik təbliğatı çərçivəsində Masallı Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Hişkədərə kənd tam orta məktəbində “Narkomaniya və erkən nikahlara yox deyək!” mövzusunda şagirdlərlə görüş keçirilib.
Stopnarkotik.az xəbər verir ki, çıxış edən Masallı RPŞ-nin rəis müavini, polis polkovnik-leytenantı Elvin Əzimov əsrin bəlası olan narkomaniyaya qarşı mübarizəni təmin etmək məqsədilə bu cür görüşlərin keçirilməsinin mühüm əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb və sağlam cəmiyyətin formalaşması istiqamətində ən ciddi təhlükələrdən olan narkomaniyanın törətdiyi fəsadlar barədə ətraflı məlumat verib.
Sonra digər çıxışlar dinlənilib, məktəblilərin sualları cavablandırılıb və müzakirə olunan məsələlərlə bağlı videoçarxlar tədbir iştirakçılarına nümayiş etdirilib.
Stopnarkotik.az