Külli miqdarda narkotik dövriyyəsində ittiham olunan Elçin Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi keçirilən iclasda hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən Elçin Ağayevin təqsiri sübuta yetirilmədiyindən ona bəraət verilib. O, məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, Elçin Ağayevə qarşı Cinayət Məcəlləsinin 234.4.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitəni əldə etmə və daşıma) maddəsi ilə ittiham verilib.