Xaçmaz rayonu Xudat qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.
Stopnarkotik.az avtosfer.az-a istinadən xəbər verir ki, qəza noyabrın 19-da axşam saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan 10-ZZ-962 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil qəzaya uğrayıb. Şahidlərin iddiasına görə, qəzaya səbəb yüksək sürət həddi olub. Nəticədə idarəetməni çıxan maşın dərəyə aşıb. Hadisə zamanı xəsarət alan olmasa da nəqliyyat vasitəsi yararsız vəziyyətə düşüb.
Qeyd edək ki, qəzanı törədən sürücü E.Əliyev Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırmalar zamanı məlum olub ki, o, həmyerlisinə məxsus “Mercedes” markalı avtomobili qaçırıb və qəza törətdikdən sonra hadisə yerindən qaçıb.
Faktla bağlı araşdırma davam edir.