Zəngilan Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Bakı şəhərində fəaliyyət göstərən rayonun 4 saylı tam orta məktəbində narkomaniya əleyhinə maarifləndirmə tədbiri keçirilib.
Stopnarkotik.az xəbər verir ki, tədbirdə polis əməkdaşları narkomaniyanın insanlar ücün yaratdığı təhlükələrdən söz açaraq sağlam həyat yaşamağın vacibliyini şagirdlərin diqqətinə çatdırıblar. Narkomaniya ilə mübarizə istiqamətində həyata keçirilən tədbirlər barəsində geniş məlumat veriblər. Sonda maraq doğuran suallar cavablandırılıb.
Stopnarkotik.az