Bu il Azərbaycanda narkotiklə bağlı 8320 cinayət faktı aşkarlanıb

Cari ilin yanvar-sentyabr ayları ərzində hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 8320 cinayət faktı aşkarlanıb.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Dövlət Komissiyası məlumat yayıb.

Bildirilib ki, onlardan 2855-i narkotik vasitələrin qanunsuz satışı, 5151-i narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 284-ü qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiyaedilməsi, 30-u isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub

“Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 6 ton 207 kq 543,024 qr narkotik vasitələrin və psixotrop maddələrin 1 ton 840 kq 546,704 qr-nı heroin, 3 ton 566 kq 504,126 qr-nı marixuana, 248 kq 031,811 qr-nı tiryək, 51 kq 583,994 qr-nı həşiş, 750,831 qr-nı kokain, 363 kq 138,333 qr-nı psixotrop maddələr,136 kq 987,225 qr-nı digər narkotik vasitələr təşkil etmişdir. Həmçinin göstərilən dövr ərzində 48321 ədəd həb metadon,15102 ədəd çətənə bitkisi, eləcə də 3 kq 197,368 qr, 7703 ədəd kapsul,3308 ədəd həb və 12,95 qr güclü təsir edən maddə və 40,682 qr prekursor qanunsuz dövriyyədən götürülüb”.