Lerik Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Şəhər İnteqrasiya təlimli İnternat tipli Gimnaziyada “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici görüş keçirilib.
Stopnarkotik.az xəbər verir ki, çıxış edən şöbə rəisi, polis polkovniki Ramil Mustafayev müasir dövrdə bütövlükdə bəşəriyyət üçün böyük bəlaya çevrilən narkomaniya ilə mübarizənin vacibliyindən, sağlam gəncliyin və etibarlı gələcəyin qurulması baxımından belə maarifləndirici görüşlərin davamlı şəkildə təşkilinin zəruriliyindən danışıb. Narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində hüquq-mühafizə orqanlarının barışmaz və qətiyyətli tədbirləri ilə bağlı görüş iştirakçılarına məlumat verib.Sonra Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini Habil Məlikov, Gənclər və İdman sektorunun müdiri Natiq İsaqov, Təhsil sektorunun müdiri Zöhrab Salayev və digər qurumların nümayəndələrinin mövzu ətrafında çıxışları dinlənilib, şagirdlərin sualları cavablandırılıb.
Stopnarkotik.az