Bakıda 6 nəfərin mobil telefonu oğurlanıb.
Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Yasamal Rayon Polis İdarəsi 28-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə müxtəlif vaxtlarda rayon ərazisində 6 nəfərin mobil telefonlarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Sübhan Quliyev saxlanılıb.
Faktla bağlı raşdırma aparılır.