Valideyn himayəsindən məhrum olan məktəblilərlə "narkotik söhbəti" aparıldı - FOTOLAR

Quba Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun  valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün tam orta internat məktəbində narkomaniyanın fəsadlarından bəhs edən maarfiləndirmə tədbiri keçirilib.
Stopnarkotik.az xəbər verir ki, “Narkomaniyaya yox deyək” mövzusunda keçirilən görüşdə çıxış edən RPŞ-nin rəis müavini, polis polkovnik-leytenantı  Gürel Məmmədov  narkotik vasitələrin insanlar üçün yaratdığı problemlərdən danışıb və narkotiklərin bir nəfərin yox ümumiyyətlə cəmiyyətin problemi olduğunu qeyd edib. O, son aylarda Daxili İşlər Nazirliyinin narkotik vasitələrə qarşı ölkəboyu həyata keçirdiyi genişmiqyaslı əməliyyatlar barədə şagirdləri məlumatlandırıb, onları sağlam gələcək naminə narkotik vasitələrdən uzaq durmağa çağırıb. Çıxışının sonunda isə G.Məmmədov gənclərə daima diqqətli olmalarını, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər haqqında məlumat əldə etdikdə bu barədə valideynlərinə, müəllimlərinə və polisə məlumat vermələrinin vacib olduğunu bildirib.

Tədbirin sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb və narkomaniyanın fəsadlarından bəhs edən sosial çarxlar nümayiş etdirilib.

Stopnarkotik.az