Başqalarının bank kartından oğurluq edən keçmiş məhkum saxlanıldı

Abşeron rayonu ərazisində Saray qəsəbə sakininin bank kartından hesabındakı 1230 manat pulunun oğurlanması barədə polisə məlumat daxil olub.   

Stopnarkotik.az xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə oğurluq əməlini törətməkdə şübhəli bilinən Füzuli rayon sakini, əvvəllər məhkum olunmuş Raqif Məmmədov müəyyən olunaraq saxlanılıb. 

Araşdırmalarla onun Xırdalan şəhər sakini olan daha bir nəfərin bank kartından hesabındakı 931 manatını oğurlaması da məlum olub.

Stopnarkotik.az