Keçmiş məhkumda avtomat aşkar edildi

Samux rayonu, Çobanabdallı kənd sakini, əvvəllər məhkum olunmuş Valəddin Məmmədovdan 1 ədəd avtomat darağı, 4 ədəd patron, həmçinin Əhmədbəyli kəndi ərazisində gizlətdiyi 1 ədəd nömrəsi silinmiş  “AK-74” markalı avtomat silah aşkar olunaraq götürülüb.

Stopnarkotik.az xəbər verir ki, V.Məmmədov Samux Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə ələ keçib.

Faktla bağlı araşdırma aparılır.