Yanvarın 13-14-də ölkə ərazisində qeydə alınan 114, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 44, o cümlədən borclu şəxs qismində axtarılan 26 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 70, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 45 fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 103 nəfər saxlanılıb.