Bakıda keçmiş məhkumdan 3 ədəd qumbara götürüldü

Bakı sakinindən qumbara aşkarlanıb.

Bu barədə Stopnarkotik.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Xətai Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri ilə Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Amin Çərkəzov saxlanılıb. Ondan 3 ədəd F-1 qumbarası aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.