Oğurluq etdiyi üçün saxlanıldı, daha bir cinayəti aşkara çıxdı - ABŞERONDA KEÇMİŞ MƏHBUS ƏLƏ KEÇDİ

Masazır qəsəbəsi ərazisində təkər təmiri sexlərinin birindən 2200 manat pul oğurlanması barədə polisə məlumat daxil olub. 

Stopnarkotik.az xəbər verir ki, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən qəsəbə sakini, əvvəllər məhkum olunmuş Elşan Teymurov saxlanılıb.

Araşdırmalarla onun Hökməli qəsəbəsi ərazisində digər təkər təmiri sexindən 750 manat pul oğurlaması da müəyyən olunub.

Stopnarkotik.az