Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz odlu silah saxlamaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Rəvan Rzayev saxlanılıb.
DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupundan Stopnarkotik.az-a verilən məlumata görə, baxış zamanı onun yaşadığı evdə gizlətdiyi "AK-74" markalı avtomat, həmin silaha aid daraq və 6 ədəd patron aşkarlanıb.
Ümumilikdə isə, son 10 gün ərzində Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat və profilaktiki tədbirlər nəticəsində rayon sakinlərindən 2 ədəd "Kalaşnikov" avtomatı və müvafiq sənədləri olmadan qanunsuz saxlanılan 15 ədəd ov tüfəngi götürülüb.