Abşeronda keçmiş məhbus saxlanıldı - ÜZƏRİNDƏ HEROİN VƏ METAMFETAMİN AŞKARLANDI

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Salyan rayon sakini, əvvəllər məhkum olunmuş B.Cavadov saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Stopnarkotik.az-a bildirilib ki, ondan 44 qramdan artıq heroin və 49 qrama yaxın metamfetamin aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Stopnarkotik.az